logo
Çağrı mərkəzi;
051 436 77 70
Bizə yazın;
[email protected]

Təsisçidən


Mamedoglu Group olaraq fəaliyyətimizi geniş coğrafiyada, beynəlxalq tərəfdaşlarla qurduğumuz strateji əməkdaşlıqlar sayəsində yüksək səmərəliliklə həyata keçiririk. Bizim üçün hər bir əməkdaşlıq sadəcə işgüzar münasibət deyil, həm də qarşılıqlı etimada və uzunmüddətli tərəfdaşlığa əsaslanan birgə inkişaf yoludur

Ötən illər ərzində əldə etdiyimiz əhəmiyyətli nailiyyətlər və sürətli böyümə tempimiz dəyişən qlobal bazar proseslərini düzgün dərk etməyimizin, yeniliklərə açıq olmağımızın və innovativ həllərə təşəbbüs göstərməyimizin nəticəsidir. Bu uğurlarımız həm də dəyərli tərəfdaşlarımızla qurduğumuz möhkəm və davamlı əlaqələrin bariz sübutudur.

Mamedoglu Group-un əsas vəzifəsi sifarişçilərin və müştərilərimizin tələbatlarını dərindən anlamaq, onların ehtiyaclarına uyğun ən qabaqcıl, effektiv və dayanıqlı həllər təqdim etməkdir. Bizim üçün hər bir layihə – yalnız görüləcək iş deyil, həm də müştərilərimizin uğuruna töhfə verən bir dəyərdir.

Biz daim inkişafı, innovasiyanı və keyfiyyəti ön planda saxlayaraq, fəaliyyət göstərdiyimiz sahələrdə etibarlı tərəfdaş imicimizi qorumağa və möhkəmləndirməyə çalışırıq. Gələcək hədəfimiz isə regional və qlobal miqyasda daha geniş layihələrə imza ataraq, Azərbaycan adını beynəlxalq biznes mühitində layiqincə təmsil etməkdir.


'' Müvəffəqiyyətimizin əsas dayağı Mamedoglu Group-un formalaşdırdığı dəyərlərə sadiqliyimizdir. Birlikdə yaratdığımız bu unikal mədəniyyət və ölkəmizin gələcəyinə olan güclü inamımız qrupumuzu və şirkətlərimizi qarşıdakı illərdə daha böyük inkişaf və nailiyyətlərə daşıyacaqdır. ''


İbrahim Şıxməmmədov

Mamedoglu Group prezidenti